Menyu

Lənkəranda 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub

Nərmin Qocamanlı
Lənkəranda 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub

Lənkəranda ətrafa çirkab suları axıdılan 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən 11 avtoyuma məntəqəsində tullantı və çirkab sularının ətrafa axıdılması halı müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Tədbir zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması halları da aşkar edilib. Bununla əlaqədar 27 şəxs barəsində protokollar tərtib olunub.
Yerin təkindən qanunsuz istifadə halı ilə bağlı 14 fakt müəyyən edilib, 2 şəxs isə qanunsuz ağackəsməyə görə inzibati məsuluyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər