Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletin qiyməti açıqlanıb
Nərmin Qocamanlı
Prezident İlham Əliyevin iştirakı ilə ötən gün Abşeron rayonunda açılışı olmuş Palçıq Vulkanları Turizm Kompleksinə giriş üçün biletlər bu gündən satışa çıxarılıb.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Kompleksə təşkil olunmuş mediatur zamanı bildirib.
Onun sözlərinə görə, biletlərin qiyməti yerli turistlər üçün 5 manat, xarici turistlər üçün isə 15 manatdır.
"Kompleksə giriş əlillər, qazi və şəhid övladları, məktəblilər üçün ödənişsiz olacaq. Biletləri iticket.az saytından və kompleksə gələrək əldə etmək mümkündür", - deyə turizm rəsmisi əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net