ASCO 8 min ton yükdaşıma qabiliyyətinə malik tanker alır
Nərmin Qocamanlı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tankerin və üç ədəd dalğıc gəmisinin tikintisinə dair sifariş yerləşdirib.
QSC-dən "Operativ Media"ya bildirilib ki, bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.
Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.
ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər ölkəmizdə neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.
Teqlər:
"ASCO 8 min ton y\u00fckda\u015f\u0131ma qabiliyy\u0259tin\u0259 malik tanker al\u0131r"