15 İyun 2024, 11:59
Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib
Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib şəkil
Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib

15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına mediatur təşkil edilib. 
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, media nümayəndələri Xocalı rayonunda aşkar edilən Ermənistan silahlı qüvvələrinə məxsus "2K11 Kruq" zenit-raket kompleksi ilə tanış olublar.
Hərbi ekspertlər qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Xocalı rayonunda aşkar edilmiş istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası və iki ədəd "2P24" buraxıcı qurğusu ərazidən müsadirə edilərək Bakı şəhərinə gətirilib və “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.

Son xəbərlər
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib