Menyu

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıb. Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib. Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər. 
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər