Menyu

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

Nərmin Qocamanlı
Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib
1 dəq oxu

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ümumi çəkisi 4 tondan artıq olan 16 286  ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Əlaqəli Xəbərlər