Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Nərmin Qocamanlı
İyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.
İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net