Nərimanov və Nəsimi rayonlarında su kəsiləcək
Nərmin Qocamanlı
Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.
"Azərsu" ASC-dən "Operativ Media"ya verilən məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net