Menyu

Yağış yağacaq, çaylardan sel və daşqın keçəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Yağış yağacaq, çaylardan sel və daşqın keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda iyunun 18-i gündüzdən 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, çaylardan daşqın və sel keçəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Teqlər:

"Ya\u011f\u0131\u015f ya\u011facaq \u00e7aylardan sel v\u0259 da\u015fq\u0131n ke\u00e7\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər