http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

18 İyun 2024 , 14:49
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, mərasimdə hərbi qulluqçular igidimizin məzarını ziyarət edib, üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edib, M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, M.İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.İbrahimov ölümündən sonra dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib

Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Xəzər dənizində qadın batıb

Xəzər dənizində qadın batıb

XƏBƏR LENTİ
  • 22:17

    Putin və Möhbər arasında telefon danışığı olub
  • 22:03

    Bakıda gənc başından güllələnib, şübhəli saxlanılıb - YENİLƏNİB
    Bakıda gənc başından güllələnib, şübhəli saxlanılıb - YENİLƏNİB
  • 22:00

    AÇ-2024: Rumıniya və Belçika 1/8 finalda
  • 21:58

    Husilər ilk dəfə hipersonik raketdən istifadə edib
  • 21:38

    Hava Limanı yolunda sürət həddi endirilib
  • 21:24

    Zaqatalada 14 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb
  • 21:11

    Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1
  • 20:57

    BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib
Menyu