Menyu

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
1 dəq oxu

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Əlaqəli Xəbərlər