Menyu

Cəlilabadda suda boğulan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB

Cəlilabadda suda boğulan iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
1 dəq oxu

Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki su bəndində boğularaq ölən şəxslərin kimliyi məlum olub.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15:06

Cəlilabadda su bəndində iki uşaq boğulub.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki uşağın çimərkən boğulduğu bildirilir.

Hazırda onların axtarışları aparılır.

Əlaqəli Xəbərlər