Menyu

Bu gün Sabunçuda qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Bu gün Sabunçuda qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Maştağa” qaz paylayıcı stansiyasında (QPS) “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar iyunun 20-də saat 10:00-dan “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn Sabun\u00e7uda qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər