Menyu

Ötən gün 28 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 28 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,7 kiloqramdan artıq heroin, 5,1 kiloqramdan artıq marixuana, 2,7 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər