Binəqədidə qadının çantasından 5000 manat quldurluq yolu ilə talanıb
Nərmin Qocamanlı
İyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talanması barədə 7-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur Məcidzadə və bir qadın saxlanılıb, digər bir nəfər isə müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Teqlər:
"Bin\u0259q\u0259did\u0259 qad\u0131n\u0131n \u00e7antas\u0131ndan 5000 manat quldurluq yolu il\u0259 talan\u0131b"