Menyu

Qobustanda arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Qobustanda arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi, cari il martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Cabbarovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Qobustan rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Günel Cabbarovanı iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl Cabbarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"Qobustanda arvad\u0131n\u0131 q\u0259sd\u0259n \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər