Menyu

MKT-lar nağdsız satış zamanı qiymətləri artırırlar?

Nərmin Qocamanlı
MKT-lar nağdsız satış zamanı qiymətləri artırırlar?

Dövlət Vergi Xidməti vətəndaşları mənzili və ya obyekti nağdsız qaydada almağa çağırır.

Bu zaman isə vətəndaşa ƏDV-nin 30 faizinin qayıdacağı bildirilir. Lakin bir çox MTK-lar ödəniş nağdsız olduqda qiyməti dəyişirlər.

“Operativ Media”ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, mövcud problemlə bir çox vətəndaş qarşılaşır:

“MTK ilə vətəndaş arasında qiymət danışılır və razılaşdırılır. Əksər alıcılar əvvəlcədən deyir ki, ödəniş kartla olacaqsa, əvvəlcədən deyin. Deyək ki, mənzil 150 min manatdırsa, MTK bu qiyməti avtomatik qaldırır. Əslində bu vətəndaşın hüquqlarının pozulmasıdır. Amma vətəndaş razılaşmaq məcburiyyətindədir. Əksər alqı-satqı prosesində MTK-lar müəyyən endirimlər edir. Amma deyək ki, vətəndaş nağdsız ödəyirsə, avtomotik olaraq o endirim geri götürülür. Təəssüf ki, bu yazılmamış qanundur”.

İqtisadçı Xalid Kərimli isə deyir ki, MTK-ların bu addımı atmasının bir neçə səbəbi var:

“100 minlik əmlakda ƏDV-nin 30 faizi 4576 manatdır. MTK-ların bir çox xərci isə nağd xərclərdir. Burada əsas səbəb vergidən yayınmaqdır. İkinci məsələ ödəniş rəsmi olanda bank xərcləri ortaya çıxır. Bu MTK-ların günahı deyil, iqtisadiyyatda yaranmış problemdir. Onlar işçilərinə əməkhaqqını nağd qaydada verir. Ona görə ki, onların nağd pula çox ehtiyacı var. O, həm buna məcburdur, həm də vergidən yayınmaq üstünlüyüdür. Köçürmə olanda vətəndaşın ödəyəcəyi qiymətin üstünə əlavə pul gəlir. Hökümət 18 faizin 30 fazini vətəndaşın özünə qaytarır ki, müştəri razı olsun. İstər köçürmə olanda, istərsə də, nağd olanda vətəndaş geri alacağı məbləği hesablamalıdır ki, hansı daha endirimlidir. Hansı variant uyğundur onunla getməlidir”.

Teqlər:

"MKT-lar na\u011fds\u0131z sat\u0131\u015f zaman\u0131 qiym\u0259tl\u0259ri art\u0131r\u0131rlar?"

Əlaqəli Xəbərlər