Bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə media nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilir.
"Operativ Media" xəbər verir ki, mərasim "Badamdar Estates" mehmanxanasında baş tutur.
Qeyd edək ki, mərasimdə 50 vəkilliyə namizəd and içəcək. Onlardan 19 nəfəri qadındır.