Menyu

Velosiped yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri cərimələnəcək

Nərmin Qocamanlı
Velosiped yollarında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri cərimələnəcək
1 dəq oxu

Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.

"Operativ Media" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 327.1-2-ci maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

Əlaqəli Xəbərlər