Menyu

Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı son 7 ildə 45 faizdən çox artıb artıb

Nərmin Qocamanlı
Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı son 7 ildə 45 faizdən çox artıb artıb

Cari ilin iyun ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı 1 milyon 854 min 607 nəfərə çatıb. 2017- ci ildə isə leqal şəkildə fəaliyyət göstərən işçilərin sayı 1 milyon 275 min 119 nəfər təşkil edirdi. Həmin dövrdən keçən yeddi illik müddət ərzində işçilərin fəaliyyətinin leqallaşdırılmasında 45,4 faiz artım müşahidə edilib.

"Operativ Media" xəbər verir ki, bunu Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin rəhbərlərinin beşinci müşavirəsində çıxış edərkən deyib.

Ə. Əhmədov qeyd edib ki, 2017-ci ildən bu günə kimi 580 minə yaxın işçinin əmək fəaliyyəti leqallaşdırılıb. Onun sözlərinə görə,

“45,4 faizlik artım yaxşı göstərici hesab olunur. Lakin bu rəqəm bizi tam qane etmir” - deyə Ə.Əhmədov vurğulayıb.

O xatırladıb ki, fəaliyyəti qanunvericiliklə tənzimlənməyən işçilər gələcəkdə pensiya yaşına çatanda müəyyən problemlər yaşayırlar

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər