Menyu

Xızıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Xızıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov özünüməşğulluq proqramı çərçivəsində Xızı rayon sakinləri – şəhid anası Verdiyeva Səyyarə Mirzəbala qızı və Məmmədov Əfqan Əliyar oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, S.Verdiyeva və Ə.Məmmədov özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına maldarlıq üzrə təsərrüfatlarını qurublar. Onlar işsiz şəxslərə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını genişləndirmək üçün səylə çalışdıqlarını bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Xızı rayonunda 209 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər