Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Nərmin Qocamanlı
Azərbaycanın rayonlarında faktiki və gözlənilən hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bölgələrdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı aylıq normanın 22-40 %-ni təşkil edib.
Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, gecə saat 03:00 radələrində Göygöl rayonu Üçtəpə kəndinə dolu düşüb: “Bu gün bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Hazırda şərq küləyi əsir. Havanın temperaturu Aran rayonlarında 30-35 dərəcə isti, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net