Menyu

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Nərmin Qocamanlı
“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, Zəngəzur Milli Parkında keçirilən festival-konqresin ikinci günü plenar iclaslarla davam edib. İclaslarda “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələr dinlənilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin mükafatlandırma və bağlanış mərasimi iyunun 23-də olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər