Menyu

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
1 dəq oxu

İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

"Operativ Media" xəbər verir ki, sinoptiklərin məlumatına görə qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Əlaqəli Xəbərlər