Menyu

Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışan 33 mindən çox vətəndaş var"

Nərmin Qocamanlı
Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışan 33 mindən çox vətəndaş var"

Dövlət idarəçiliyi istiqamətində atılan önəmli addımlardan biri də yüksəliş müsabiqəsinin həyata keçirilməsidir. Yüksəliş müsabiqəsi 2021-ci ildə intellektual səviyyəsi və idarəçilik keyfiyyəti yüksək olan gənclərin sırasından rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyat bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilmişdir.

“Operativ Media” xəbər verir ki, bunu “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, artıq dördüncü ildir ki, bu müsahibə keçirilir və bu müsahibə zamanı istifadə olunan seçim alətləri hamısı Dövlət İmtahan Mərkəzi tərəfindən, bizim ekspertlər tərəfindən hazırlanıb və istifadə olunub.

“Beləliklə, biz müəyyən praktiki məsələlərə artıq keçmişik və bu da bizə gələcəkdə yeni modelə keçmək üçün daha səmərəli alətlər hazırlamağa imkan yaradır. Mən inanıram ki, seminardan əldə olunacaq nəticələr bütün iştirakçılar üçün faydalı olacaq. Təklif olunacaq tövsiyələr və səslənəcək yeni fikirlər praktiki fəaliyyətdə öz tətbiqini tapacaq. Bütün seminar iştirakçılarına uğurlar arzulayıram və onu da qeyd etmək istəyirəm ki, 23 iyun bilirsiniz ki, BMT tərəfindən Dövlət Qulluğu Günü kimi qeyd olunurdu. Bizim ölkədə də 22 iyun 18 ildir ki, dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluğunda çalışan 33 mindən çox bizdə vətəndaş var. Onları da keçmiş bayramını təbrik edirəm”, - sədr qeyd edib.

Teqlər:

"M\u0259leyk\u0259 Abbaszad\u0259: \"D\u00f6vl\u0259t qullu\u011funda \u00e7al\u0131\u015fan 33 mind\u0259n \u00e7ox v\u0259t\u0259nda\u015f var\""

Əlaqəli Xəbərlər