Menyu

DİM sədri: “Qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu"

Nərmin Qocamanlı
DİM sədri: “Qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu"
1 dəq oxu

Qəbul imtahanlarının çətinlik dərəcəsini kimlərinsə fikrinə görə söyləmək doğru yanaşma deyil.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar:

"Statistikaya baxanda görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu.  Qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub. Maraqlanan hər kəs bu modellər imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib. Suallar da nəşr edilib və hər kəs üçün əlçatandır".

Əlaqəli Xəbərlər