DSMF: May ayında 43 mindən çox vətəndaş qəbul edilib
Nərmin Qocamanlı
Bu ilin may ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 43 min 720 nəfər vətəndaş qəbul edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Onların 17 min 355-i pensiya, 10 min 957-si müavinət, 1 624-ü Prezident təqaüdü, 9 min 586-sı ünvanlı dövlət sosial yardımı, 1 358-i fərdi uçot və sosial sığorta, 237-si dövlət icbari şəxsi sığorta və 2 min 603-ü isə digər istiqamətlərlə bağlı olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net