Menyu

Qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyunun 24-ü saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iyunun 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Teqlər:

"Q\u0131sam\u00fcdd\u0259tli ya\u011f\u0131\u015f ya\u011f\u0131b \u015fim\u015f\u0259k \u00e7ax\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər