http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Taxılın ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?

24 İyun 2024 , 16:21
Taxılın ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?

Azərbaycanda taxılın qiyməti 30 qəpik olub. Bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. Onun sözlərinə görə, 2023-cü ildə 1 kq taxılın qiyməti 50-60 qəpik civarında idi.

Bəs taxılın hazırki qiyməti un və çörəyin qiymətinə necə təsir göstərəcək?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya açıqlamasında bildirib ki, Azərbaycanda taxılın qiymətləri yanvar ayının sonuna qədər həddən artıq ucuzlaşıb.

"Müqayisə üçün deyə bilərəm ki, London birjasına nəzər salaq. Yanvarın axırı qiymət 160 funtdursa, ən yüksək vaxtlarda qiymət 330 funt olub. Ən yüksək vaxt isə 2022-ci ilin aprel ayında Rusiya-Ukrayna müharibəsində idi. O dövrdən birjadakı qiymətlər iki dəfəyə qədər aşağı düşüb. Aprel-may aylarında qiymətlər 30 faizə qədər bahalaşdı. Amma bugünkü qiymətlərdə iyun ayında başlayaraq kəskin eniş var, 170 funta qədər qiymətlər düşüb. Bu, demək olar ki, son 2-3 ildə ən aşağı qiymətlərdir. Bu baxımdan aprel-may qiymət artımlarına baxmayaraq, çörək qiymətlərində bahalaşma gözlənilmir. Amma birjada baş verən prosesləri yəqin ki, biz bir neçə həftəyə un bazarında qiymətlərin ucuzlaşmasında görəcəyik. Yenidən əvvəlki qiymətlərə - mart və fevraldakı qiymətlərə geri qayıdacaq. Hazırkı qiymət dəyişimləri çörəyin maya dəyərində 2-4 qəpik belə oynaqlıq yaradır. Ona görə də indiki məqamda bu balatilliyin çörək qiymətlərinə təsir edəcəyini gözləmirəm. Dəyirmanın xeyrinə olsa da, dövlət qiymətləri endirməyə məcbur etməyəcək. Buna görə də un qiymətlərində ucuzlaşma gözləyə bilərik. Ancaq çörək qiymətlərindən düşünürəm ki, stabillik davam edəcək".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib

Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib

Bitkoinin qiyməti 65 min dollara yaxınlaşıb

Bitkoinin qiyməti 65 min dollara yaxınlaşıb

Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Mikayıl Cabbarov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
  • 17:15

    Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
Menyu