http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

24 İyun 2024 , 17:23
FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən çimərlik ərazilərində monitorinqlər keçiriblər.

FHN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, monitorinqlərin keçirilməsində əsas məqsəd çimərliklərdə xilasetmə işinin təşkili, ərazidə xidmət aparan xilasedicilərin hazırlıq səviyyəsi və təchizatı ilə bağlı vəziyyətin yerində qiymətləndirilməsi olub.

Monitorinqlər zamanı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nümayəndələri tərəfindən Şura üzvlərinə çimərlik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, apreldən etibarən çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyənləşdirilib, xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xəbərdaredici lövhələr quraşdırılıb. Eyni zamanda, çimərliklərdə kompleks təhlükəsizlik tədbirləri görülüb, dalğıclar tərəfindən sualtı baxışlar keçirilib və bu proses zamanı aşkarlanmış təhlükəli ərazilərdə qadağanedici nişanlar quraşdırılıb.

Daha sonra Şura üzvləri çimərlik operatorlarının fəaliyyəti ilə tanış olaraq xilasedicilərin şərti xilasetmə əməliyyatı vasitəsilə hazırlıq səviyyələrini qiymətləndiriblər. Bundan əlavə, xilasedicilərin təchizatı barədə geniş məlumat verilib.

Xidmətin çimərlik mövsümünə hazırlıqla bağlı gördüyü işləri yüksək qiymətləndirən İctimai şura üzvləri sahilboyu ərazilərdə monitorinqlərin davamlı olaraq aparılacağını bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

XƏBƏR LENTİ
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
  • 17:36

    Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
  • 17:15

    Azərbaycan I yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldib
Menyu