http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

24 İyun 2024 , 17:43
Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, beynəlxalq tədbirin məqsədi ÜHST və FAO-nun birgə tərtib etdiyi strategiya əsasında Regional Məsləhət Qrupunun texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.

Ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

Tədbir çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulur. Assosiativ simulyasiya təlimlərinin keçirilməsi epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin region ölkələrinə çatdırılması məqsədini daşıyır. Simulyasiyanın konsepsiyasına uyğun olaraq tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələrin və planlaşdırmanın aparılması, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinqin keçirilməsi və götürülmüş diaqnostik nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarda analiz olunması daxildir. Səyyar laboratoriyalar İnstitut tərəfindən simulyasiya keçiriləcək ərazidə quraşdırılacaq. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə ediləcək. Simulyasiya təlimlərində Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, 2023-cü il 25-27 aprel tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi və FAO-nun Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda Regional görüş keçirilib və ölkəmiz 3 il müddətinə 14 ölkənin əhatə olunduğu Mərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dair məsləhət qrupunun sədri seçilib. WOAH və FAO-nun birgə tərtib etdiyi strategiyaya uyğun olaraq Regional Məsləhət Qrupunun texniki tapşırığına üzv ölkələrdə dabaq xəstəliyi üzrə epizootoloji vəziyyətin stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.9-cu yarımbəndində  “Heyvan xəstəliklərindən azad zonaların yaradılması imkanlarının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması” və  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 5.2.32-ci yarımbəndində “Ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq heyvan xəstəliklərindən azad zonanın yaradılması” tədbirlərinin icrası istiqamətində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisi tam, Laçın, Füzuli və Xocavənd rayonlarının əraziləri isə qismən əhatə olunmaqla “peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zona” yaradılması planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

XƏBƏR LENTİ
  • 20:05

    Müdafiə sənayesi naziri Minskdə Belarusla hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib
  • 19:51

    Türkiyə Qəzza problemi həll olunana qədər NATO-nun İsraillə əməkdaşlığını dəstəkləməyəcək
  • 19:36

    Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib
  • 19:23

    Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO
  • 19:13

    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
Menyu