http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

24 İyun 2024 , 18:08
Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Kənd Təsərrüfatı Nazirliyində müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Dövlət Qulluqçularının Peşə Bayramı Günü”nə həsr edilmiş videoçarx nümayiş olunub.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Nazir bildirib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müasir dövlət qulluğu sisteminin inkişafını daim diqqət mərkəzində saxlayır.

Qeyd olunub ki, ölkəmizdə idarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması prioritet vəzifələrdəndir. Nazir dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların dövlət qulluqçuları qarşısında müəyyən edilən - dövlətə sədaqət, insanların hüquq və azadlıqlarının təmin olunması, vətəndaşlara keyfiyyətli xidmət ilə bağlı prinsiplərə daim əməl etməyə borclu olduqlarını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan Məcnun Məmmədov, aqrar sektorda çalışan insanlar adından göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra son bir ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların müsabiqə və müsahibə mərhələsində yüksək nəticə əldə edən, inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 47 gənc əməkdaş “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.

Nazir Məcnun Məmmədov 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir iştirakçılarını və medallarla təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR
Şuşada II Qlobal Media Forum keçiriləcək

Şuşada II Qlobal Media Forum keçiriləcək

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

“ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

Təmirsiz mənzilə görə “komendant” pulu ödənməlidir?

XƏBƏR LENTİ
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
  • 21:45

    KİV: Polşa F-16-larını Ukraynaya verməyəcək
  • 21:30

    BMT Məhkəməsi İsraili işğal etdiyi Fələstin torpaqlarını tərk etməyə çağırıb
  • 21:16

    ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
Menyu