Menyu

İspaniyalı hücumçu "Real Madrid"dən ayrılacaq

Əziz Əzizli
İspaniyalı hücumçu "Real Madrid"dən ayrılacaq
1 dəq oxu

İspaniyalı forvard Joselu "Real Madrid"dən ayrılacaq.

"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

O, əməkdaşlığı daha bir il uzatmağa hazır olan Kral Klubunda icarə əsasında çıxış edirdi. Joselunun transfer hüququ bir ildən sonra La Liqaya qayıdan "Espanyol"a məxsusdur.

34 yaşlı futbolçu Qətərin "Əl Qarafa" klubuna keçmək qərarına gəlib.

Son mövsümdə Joselu "Real Madrid" ilə 49 matçda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər