Menyu

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısı genişləndirilir

Nərmin Qocamanlı
Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin siyahısı genişləndirilir

Ailə Məcəlləsinin nikahın bağlanmasına maneə yaradan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik təklif olunur.

"Operativ Media" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 25-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan, yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər