Ana səhifə / İdman / İspaniyalı müdafiəçi "Real Madrid"dən ayrıldı İspaniyalı müdafiəçi "Real Madrid"dən ayrıldı 25.06.2024, 14:46 Əziz Əzizli İspaniyalı müdafiəçi Naço Fernandes "Real Madrid"dən ayrılıb. "Operativ Media" xəbər verir ki, Kral klubu komandanın kapitanına təşəkkür edib. Naço Fernandes “Real”ın yetirməsidir. O, bütün karyerasını Kral Klubunda keçirib, 364 oyunda 16 qol vurub və 10 məhsuldar ötürmə edib. 26 titulla "Real" tarixində ən çox titul qazanan futbolçudur və 6 dəfə Çempionlar Liqası Kubokunu qazanıb. Naço Fernandezin karyerasını Səudiyyə Ərəbistanının "Əl Qadisiya"sında davam etdirəcəyi gözlənilir. Teqlər: "\u0130spaniyal\u0131 m\u00fcdafi\u0259\u00e7i \"Real Madrid\"d\u0259n ayr\u0131ld\u0131"
02.03.2026, 06:26 Britaniya Silahlı Qüvvələri Kiprdəki bazasında təhlükəsizlik səviyyəsini maksimuma qaldırıb