Sabirabad Sənaye Məhəlləsində daha bir şirkətə rezident statusu verilib
Nərmin Qocamanlı
“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində plastik tullantıların təkrar emalı layihəsi həyata keçiriləcək.
İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, investisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Bundan başqa “Azgreentech” MMC tərəfindən respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri qurulacaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net