Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib
Nərmin Qocamanlı
Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1300 kiloqram olan 8214 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma