http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

25 İyun 2024 , 17:28
Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində “COP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb.

"Operativ Media" xəbər verir ki, Kitabxanadan verilən məlumata görə, altı bölmədən ibarət olan layihənin “COP” adlı birinci bölməsində COP-un tarixi, indiyədək keçirilmiş konfransları haqqında məlumat verilir.

“COP29” bölməsində ölkəmizin bu mötəbər beynəlxalq tədbirə hazırlığı, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi, Sədrlik haqqında materiallar öz əksini tapır.

“Rəsmi sənədlər” və “Xronika” bölmələrində bu konfransla bağlı Prezidentin imzaladığı fərman və sərəncamların, informasiya agentliklərinin məlumatlarının tam mətnləri toplanıb.

“E-resurslar” bölməsində layihənin mövzusuna dair Prezident Kitabxanasının fondunda olan müxtəlif dillərdə kitablar və dövri mətbuatdan seçilmiş məqalələrin tam mətnləri təqdim edilir. “Biblioqrafiya” bölməsində “COP29 Azərbaycan”la bağlı dövri mətbuatda müxtəlif dillərdə dərc edilmiş məqalələrin biblioqrafik təsvirləri toplanır.

Elektron layihənin bölmələri mütəmadi olaraq yenilənir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

XƏBƏR LENTİ
  • 19:13

    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
  • 18:17

    Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki missiyasının rəhbəri Troy Dulini qəbul edib
  • 17:59

    Fərqli əyləncə axtarırsınızsa, yaxta kirayələyə, paraşütlə uça bilərsiniz - QİYMƏTLƏR
  • 17:57

    Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
  • 17:38

    Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib
  • 17:37

    AÇ-2024-ün ən yaxşı ilk 11-liyi açıqlandı
Menyu