Menyu

Ağcabədidə oğurluq törətən şəxd saxlanılıb

Nərmin Qocamanlı
Ağcabədidə oğurluq törətən şəxd saxlanılıb
1 dəq oxu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq edən Nahid Hüseynov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər