Menyu

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Nərmin Qocamanlı
ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
1 dəq oxu

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

"Operativ Media" ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, səfər iyunun 27-si başlayacaq. Səfər zamanı C.O`Braynın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın yüksəkvəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Məlumatda bildirilir ki, görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli əlaqələrindəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyi müzakirə olunacaq.

Səfər zamanı Dövlət Departamenti rəsmisinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcəyi qeyd olunub.

Əlaqəli Xəbərlər