Azərbaycanda ikili diplom üçün hansı şərtlər ödənilməlidir?

Nərmin Qocamanlı
Azərbaycanda ikili diplom üçün hansı şərtlər ödənilməlidir?

Azərbaycanın bəzi ali məktəblərində ikili diplom proqramı tətbiq olunur.

Bəs ikili diplom üçün tələbələr hansı şərtlərə cavab verməlidirlər?

Bu barədə təhsil eksperti Vüsal Kərimli "Operativ Media"ya açıqlamasında bildirib ki, ilk növbədə tələbələrin yüksək göstəriciləri olmalıdır:

"Müxtəlif universitetlərin özlərinin proqramları, yəni əməkdaş universitetlərin tələbləri var. Burda IELTA ingilis dili bacarığının təsdiqi və əlavə ödəniş tələb olunur. Çünki ikili diplomlarda artıq təhsil haqqı ikitərəfli olur. Yəni qarşı tərəfə də ödəniş olduğuna görə burada təhsil haqqı normal universitetlərin ixtisaslarında oxuyanlardan fərqli və daha çox olur. Fikrimcə, tələbələr universitetləri və ixtisasları seçdikləri zaman ikili diplom proqramlarına müraciət etsinlər.  Belə olduğu halda gələcəkdə çətinlik çəkməz və Avropaya, Amerikaya getmək imkanları əldə edə bilərlər".

Sevinc İbrahimzadə

Digər xəbərlər