Menyu

Nazir: Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik

Nərmin Qocamanlı
Nazir: Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik

Azərbaycan startaplar üçün hab rolunu oynaya bilər. Biz çox cazibəli investisiya layihələri təqdim edə bilərik. Həmçinin biz yeni kontekstə açıq olmalıyıq. Daha çox investisiya və ideyalar cəlb etməliyik.

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) investisiya festivalının açılışında deyib.

Nazir bildirib ki, Azərbaycan hazırda yaşıl enerji sahəsində regionun liderinə çevrilir. Bu, işğaldan azad olunmuş ərazilərimizin regionda yeni kontekstdə fəaliyyətə başlaması ilə bağlıdır. “İlk dəfədir ki, Cənubi Qafqazın əməkdaşlıq edə biləcəyini düşünürəm. COP29 prosesi göstərdi ki, biz birlikdə işləməyə qadirik. Düşünürəm ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında təbii körpüdür. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də yaşıl enerji sahəsində bir sıra böyük layihələr həyata keçirilir. Həmçinin Xəzər dənizinin problemlərinin həlli istiqamətində bir sıra işlər görülür. Bunlar hamısı ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirir", - deyə Mikayıl Cabbarov əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər