Menyu

Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

Əziz Əzizli
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA Konfrans Liqası oyununa təyinat alıb.

"Operativ Media" xəbər verir ki, o, 1-ci təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək oyun saat 20:00-da başlayacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər