Menyu

"Fənərbağça" İspaniya millisinin hücumçusunu istəyir

Əziz Əzizli
"Fənərbağça" İspaniya millisinin hücumçusunu istəyir
1 dəq oxu

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Fənərbağça" klubu transfer çalışmalarını gücləndirib.

"Operativ Media" xəbər verir ki, Joze Mourinyonun baş məşqçisi olduğu komanda axtardığı hücumçunu İspaniyada tapıb.

"Sarı-lacivertli" klub "Atletiko Madrid"in ispaniyalı hücumçusu Alvaro Moratanı heyətinə qatmaq istəyir.

"Fənərbağça" 31 yaşlı hücumçu üçün 15 milyon avronu gözdən çıxarıb.

 

Əlaqəli Xəbərlər