Menyu

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə baxılıb

Nərmin Qocamanlı
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə baxılıb

İyunun 27-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan "Operativ Media"ya bildirilib ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması məqsədilə görülmüş işlər barədə məlumat verib.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri, o cümlədən icraatı dayandırılan və uzun müddət məhkəmə baxışında olan cinayət işləri ilə bağlı Baş Prokurorluğun nümayəndələrinin iştirakı ilə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Həmçinin iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinə üzv təyin edilməsi, bəzi birinci instansiya məhkəmələrinə hakim ştatlarının paylanılması məsələlərinə baxılıb.

İclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Teqlər:

"M\u0259hk\u0259m\u0259-H\u00fcquq \u015euras\u0131n\u0131n iclas\u0131 ke\u00e7irilib intizam icraat\u0131 \u00fczr\u0259 i\u015fl\u0259r\u0259 bax\u0131l\u0131b"

Əlaqəli Xəbərlər