Menyu

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

Nərmin Qocamanlı
Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, aidiyyəti qurumların əməkdaşları və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

"Operativ Media" xəbər verir kii, tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, logistika imkanları təqdim ediləcək. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlərin keçirilməsi nəzərdə tutulub.

Teqlər:

"\u015eu\u015fada \u201cSahibkarlar \u00fc\u00e7\u00fcn yeni imkanlar: Qaraba\u011f\u0131 birlikd\u0259 quraq\u201d adl\u0131 t\u0259dbir ke\u00e7irilir"

Əlaqəli Xəbərlər