Menyu

İqtisadiyyat naziri Şuşada keçirilən tədbirin iştirakçılarına təşəkkür edib

Nərmin Qocamanlı
İqtisadiyyat naziri Şuşada keçirilən tədbirin iştirakçılarına təşəkkür edib

"Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikkayıl Cabbarov "X"də bildirib.

"Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik", - nazir qeyd edib.

Qeyd edək ki, iqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər