Menyu

Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb

Nərmin Qocamanlı
Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb

İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.

"Operativ Media" Dövlət Xidmətinə istinadən xəbər verir ki, özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi "Bakı Beton Konstruksiyaları" MMC-nin ilkin satış qiyməti 7 milyon 609 min 376 manat təşkil edir. Müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.

Dövlət Xidməti iyulun 9-da keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

Teqlər:

"Az\u0259rbaycanda ke\u00e7iril\u0259c\u0259k n\u00f6b\u0259ti h\u0259rraclara 26 \u0259mlak \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər