Menyu

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyunun 29-dan iyulun 01-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Hidrometerologiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Teqlər:

"Ya\u011f\u0131\u015f ya\u011facaq \u015fim\u015f\u0259k \u00e7axacaq - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər