Menyu

"Qəbələ" daha bir transferini açıqladı

Əziz Əzizli
"Qəbələ" daha bir transferini açıqladı

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Operativ Media" xəbər verir ki, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klubun Akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Teqlər:

"\"Q\u0259b\u0259l\u0259\" daha bir transferini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər